Neyropsixoloq, uşaqların beynin funksional vəziyyətini araşdıran və davranış pozuntuları, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri, yaddaş problemləri və emosional disbalans kimi problemlərin həlli ilə məşğul olan mütəxəssisdir. Uşaq Neyroreabilitasiyası çərçivəsində neyropsixoloji terapiya, uşağın beyin inkişafını və sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş kompleks müalicə proqramıdır.
Neyropsixoloq, uşağın kognitiv və emosional bacarıqlarını təhlil edərək, fərdi inkişaf planı hazırlayır. Bu plan uşağın diqqət, yaddaş, düşünmə, danışıq və problem həll etmə qabiliyyətlərini inkişaf etdirmək məqsədini daşıyır. Terapiyada oyun metodu, məşqlər, xüsusi texnikalar və müasir diaqnostik alətlərdən istifadə olunur.
Neyropsixoloqun əsas məqsədləri:
Neyropsixoloqun dəstəyi ilə uşaqların öyrənmə qabiliyyətləri artır, davranış pozuntuları aradan qalxır və onların sosial mühitdə daha yaxşı uyğunlaşmaları təmin edilir. Hər bir uşaq üçün fərdi yanaşma tətbiq olunaraq, onların potensiallarının tam açılması hədəflənir.