Loqoped
Loqoped, nitq və ünsiyyət problemləri yaşayan uşaqlara dəstək verən mütəxəssisdir.
Uşaq Neyroreabilitasiyası çərçivəsində loqopedik terapiya, nitqin inkişafı, artikulyasiya problemlərinin həlli və düzgün ünsiyyət bacarıqlarının formalaşdırılmasını hədəfləyir. Terapiya uşağın fərdi ehtiyaclarına uyğun olaraq hazırlanır və nitq, tələffüz və ifadə qabiliyyətlərini yaxşılaşdırmağa yönəlib. Məqsəd uşağın ünsiyyət bacarıqlarını artırmaq və sosial uyğunlaşmasına kömək etməkdir.