Proloterapiya

Proloterapiya - proliferativ müalicə olaraq da adlandırılır. Proloterapiya, əzələ-sümük ağrıları, zədələnmələrdə, degenerativ xəstəliklərdə istifadə olunan tamamlayıcı tibbi müalicə metodudur. Proloterapiya, zədələnmiş və ya funksiyasını itirmiş oynaqlar, bağlar və vətərlərin bərpasında istifadə olunur.
Təsir mexanizmi Proloterapiya məhlulu inyeksiya olduğu nahiyədə yerli iltihabi (aseptik) proses yaradır, yerli olaraq pH neytrallaşır və toxumalarda yerli qan dövranını yaxşılaşdırır, nəticədə toxumaların regenerasiyası (bərpası) sürətlənir. Proloterapiyanın növləri hansılardır? Proloterapiya, normal hüceyrələrin, toxumaların və ya orqanların inkişafını stimullaşdırmaq üçün bədənə müxtəlif maddələrin yeridilməsi yolu ilə aparılır. İnyeksiya üçün müxtəlif proloterapiya məhlulları istifadə olunur və müalicə olunan problemə görə seçilir.
Proloterapiya növlərinə dekstroza, prolozon(ozon ilə terapiya), PRP (trombositlə zəngin plazma) və kök hüceyrə məhlulları daxildir.
Proloterapiya ilə hansı xəstəliklər müalicə edilir?
- Onurğanın degenerativ xəstəliyi
- Qonartroz
- Koksartroz
- Bazu oynağının osteoartrozu
- İdman zədələrində
- Bel ağrısı
- Boyun ağrısı
- Karpal tunel sindromu
- Vətərlərin və bağların qismən zədələnməsi
- Qığırdaq zədələnmələri

"Mayomed" Klinikası
+99477 270 77 99
Dr. Reyhan Hüseynova, Proloterapita və Kök Hüceyrə Mütəxəssisi.

Vertex Revmatologİya və Osteopatİya mərkəzİ

Ünvan: Ə.Rəcəbli, 207

Telefon: 070-329-89-89

FACEBOOK: vertex_rom

INSTAGRAM: vertex_rom

© 2021 / VERTEX. All Rights Reserved.

Dayaq-hərəkət sistemi xəstəliklərinin müasir üsullarla müalicəsi