СНПЧ А7 Ростов-на-Дону, обзоры принтеров и МФУ

Osteopatiya

Osteopatiya proseduru ağrılı deyil. Osteopat həkim prosedura vaxtı toxumalarda müqavimət yaratmamaq üçün, toxumalara çox incə təsir edir. Pasient manipulyasiya zamanı yaranan hər hansı bir narahatçılığı həkimə bildirməlidir. "London Osteopatik Kollecinin" qabaqcıl müəllimlərindən olan d-r K.S. Datton osteopatik proseduranı başlamazdan əvvəl pasientlərə iki qaydanı izah edir: "Birinci qayda. Əgər mən sizdən hər hansı bir hərəkəti etməyinizi xahiş etsəm və bu ağrılı olsa - o hərəkəti dayandırın. İkinci qayda. Əgər mən sizə ağrıverici bir hərəkət etsəm məni məlumatlandırın və mən bunu etməyi dayandırım".
Osteopatiyada müalicə vasitəsi
Osteopatiyada xəstəliyin diaqnostikası və eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Sağlam insan orqanizmində orqan və toxumalar müəyyən forma, sıxlıq və temperatura malikdir. Patoloji proseslər baş verdikdə bu göstəricilər dəyişir: orqanlar yerini dəyişə bilir, böyüyür, sıxlıqları daha da arta bilir. Professional osteopat müayinə zamanı məhz bu dəyişiklikləri hiss edir. Onun həssas və təcrübəli barmaqları yüngül toxunuşla orqanizmdə baş verən dəyişiklikləri təyin edə bilir.
Osteopatiyanın sahələri:
- Struktural osteopatiya - dayaq hərəkət aparatını;
- Kranial osteopatiya - kəllə sümüklərinin qarşılıqlı münasibəti, beyin qışalarının vəziyyəti, qan və likvorun sirkulyasiyasını;
- Visseral osteopatiya - daxili orqanları əhatə edir.

Əsl osteopat hər hansı bir situasiyadan çıxmağa sizə yardım etməklə yanaşı, xəstəliyin əsl səbəbini tapıb, aradan qaldırmağı öz qarşısına məqsəd qoyur. Bu işdə ona anatomiya və fiziologiyanın dərin bilikləri yardım edir.
Sağlamlıq üç bir-birilə əlaqəli: dayaq-hərəkət, neyrohumoral və psixi sistemlərin vəhdətindən asılıdır. Bu sistemlərin hər hansı birində pozulma digər sistemlərə təsir edir və osteopatik zədələnməyə səbəb olur.


Osteopatiyanın üç əsas prinsipi var:
- Bədənin anatomik, fizioloji və mexaniki tamlığı.
- Struktura funksiyanı və funksiya strukturanı idarə edir.
- Həyat - hərəkət deməkdir. Hüceyrə, orqan və bütün orqanizmin normal fəaliyyəti üçün struktur və mayelərin sərbəst hərəkəti vacibdir.
Osteopatın əlləri bəzi tibbi avadanlıqların təyin edə bilmədiyi dəyişiklikləri: əzələ və bağların gərginliyini, daxili orqanların ritm pozulmalarını və s. hiss edə bilir. Həkim osteopat bu problemləri təyin edərək - əzələ gərginliyini aradan qaldırır, ordakı iltihabı zəiflədir; toxumaya yüngül təzyiq etməklə toxumanın qan axınını normallaşdırıb orqanın normal işini bəra edə bilir. Bir neçə belə "zərif manipulyasion" seansdan sonra orqanizmin bütün sistemləri müntəzəm işləməyə başlayır. Nəticəni əldə etmək üçün manual terapevtin qəbulunda olduğu kimi, güc tətbiq etmək lazım deyil, sadəcə olaraq hara və necə təsir etməyi dəqiq ölçmək gərəkdir. Bağlı qapını iki yolla açmaq mümkündür: güc təsir etməklə sındırmaq yolu ilə (necə ki manual terapevtik və digər ağrılı proseduralarla), ya da heç bir güc tətbiq etmədən açar istifadə edərək açmaq (osteopat həkimin zərif təsiri orqanizmin özünütənzimləmə və özünübərpa mexanizmlərini işə salaraq müalicə effekti əldə etməsi). Osteopatik seansdan sonra orqanizmə yeni vəziyyətə uyğunlaşmaq üçün vaxt vermək gərəkdir, bunun üçün növbəti osteopatik proseduralar arasında ən azı üç gün vaxt verilir. Bu müddət ərzində siz müalicəvi effektin artdığını hiss edəcəksiniz, özünüzdə rahatlıq, həyat eşqinin artması daxili resurslarınızın bərpa olunduğunu hiss edəcəksiniz.


Osteopatiya uşaqlarda nəyi müalicə edir?
- Doğuş travmasının fəsadları;
- Yenidoğulmuşlarda sancılar;
- Döş qəfəsi deformasiyaları;
- Birinci boyun fəqərəsi(atlasın) blokadası;
- Kəllə sümüklərində kələ kötürlük (braxiosefalgiya);
- Psixomotor inkişafın ləngiməsi;
- Diqqət yayınıqlığı, yaddaşsızlıq;
- Görmə pozulmaları, çəpgözlük;
- Qamət pozulması, skolioz, kifoz;
- Əyriboyunluq;
- Yastıayaqlıq.


Osteopatiya böyüklərdə hansi problemlərin müalicəsində istifadə olunur:
- Dayaq- hərəkət aparatı xəstəlikləri ;
- Travma və əməliyyatdan sonrakı vəziyyət;
- Osteoxondrozun ağırlaşması;
- Ginekoloji xəstəlilər, kiçik çanaqda bitişmə (spayka), ağrılı menstruasiyalar, bəzi növ sonsuzluqlar;
- Miqren və digər mənşəli baş ağrıları;
- Həzm sistemi xəstəlikləri.

Hər bir pasientin müalicəsi individual olaraq aparılır və osteopatiyanı bütün xəstəliklərin müalicəsi üçün panaseya hesab etmək doğru olmazdı. Bir sıra Avropa ölkələrində osteopat həkim əzələ gərginliyi, boyun və bel ağrıları, uşaqların zehni qabiliyyətini artırmaq üçün, uşaqlarda və böyüklərdə baş ağrılarının müalicəsi üçün, qamət pozulmalarının bərpası üçün bütün ailə üzvlərinin müraciət edə bildiyi, ailənin ən sevimli həkiminə çevrilir. Təəssüflər olsun ki, gec mərhələlərdə orqanizmin kimyəvi proseslərinin ciddi pozulmaları zamanı, onkoloji proseslər zamanı osteopatiya gücsüzdür.

Osteopatiyanin aparilmasina əks göstərişlər:
- Ağır infeksiyalar;
- Onkoloji xəstəliklər;
- Tromboz.


İlk baxışda osteopat-həkimin qəbulu adi həkim qəbulundan fərqlənməsə də, bəzi fərqlər var. Osteopat ayaq barmaqlarından tutmuş kəllə sümüklərinə kimi bütün bədəninizi müayindən keçirir. O bədəni öndən, arxadan və yanlardan müayinə edir, bədənin nahiyələrinin bir-birinə uyğunluğunu müqayisə edir, qamət pozulmasını, yeriş zamanı bədənin vəziyyətini nəzərdən keçirir. Ayaqüstə və oturan vəziyyətdə müayinədən sonra isə xəstənin uzanmış vəziyyətində bədənin müxtəlif toxumalarının harmonikliyinə, gərginliyinə, əzlələrin qarşılıqlı münasibətinə, maye axınlarının ritminə diqqət yetirir. O, üç osteopatik sistemin: sümük-əzələ-fassiya, kraniosakral və visseral sistemin ardıcıl müayinəsini aparır. Osteopatik testlərlə bu sistemlərdə mövcud olan patologiyaları aşkara çıxarır.
Osteopat həkim xəstəliyi deyil xəstəni müalicə edir. Belində ağrıdan şikayətlənən pasietin kəllə sümükləri ilə işləyən osteopat həkim sizə ilk baxışda qəribə gələ bilər. Osteopat həkim mükəmməl anatomik biliklərə yiyələnmişdir. Orqanizmin müxtəlif nahiyələrindəki əlaqələri dərindən bilən osteopat həkim xəstəliyin səbəbini aradan qaldıraraq mövcud şikayətlərdən birdəfəlik azad edir.

Vertex Revmatologİya və Osteopatİya mərkəzİ

Ünvan: Ə.Rəcəbli, 207

Telefon: 070-329-89-89

FACEBOOK: vertex_rom

INSTAGRAM: vertex_rom

© 2021 / VERTEX. All Rights Reserved.

Dayaq-hərəkət sistemi xəstəliklərinin müasir üsullarla müalicəsi