Hamımızın, xüsusilə şəkər xəstələrinin yaxşı tanıdığı METFORMİN
Metformini hamı şəkərsalıcı dərman kimi tanıyır. Bəs metforminin müsbət və mənfi cəhətləri nədir? Kimlərə metformin göstərişdir, kimə isə metformin təyin etməyin bir mənası yoxdur.
Metformin BİGUANİDLƏR qrupuna daxil olan , insulin rezistentliyi olan xəstələrin müalicəsində istifadə olunan bir preparatdır.
Bildiyimiz kimi insulin rezistentlik ancaq tip ll xəstələrdə olduğu üçün metforminin tip l xəstələrdə istifadəsi MƏNASIZDIR!
Metforminin mədəaltı vəzdən xaric olan insulinin keyfiyyətini artırmaq ,toxumaların insulini qəbul etmək qabiliyyətini yüksəltmək və ən əsası qaraciyərdən sintez olunan şəkərin səviyyəsini normaya salmaq xüsusiyyəti vardır və məhz bu xüsusiyyətinə görə şəkər xəstələrinə təyin olunur.
Çox vaxt başqa dərmanlarla kombinə şəkildə təyin olunur.
Bəs metformin arıqladırmı?
Yadda saxlayın!
İNSULİN REZİSTENTLİYİ olan insanlar arıqlaya bilmir. Pəhriz çox vaxt çətin və effektsiz olur. Metformin isə insulin rezistentliyi aşağı salır,nəticədə etdiyiniz pəhriz daha asan və effektli olur.
Metforminlə arıqlamaq istəyənlər
Əvvəl həkiminizlə məsləhətləşin. Aparılan müayinələrlə metforminə ehtiyacınız olub olmadığını və hansı dozada təyin olunmalı olduğunu bilin, sonra qəbul edin!
Çünki, zənn etdiyiniz kimi metformin o qədər də zərərsiz deyil. Hər dərman kimi qaraciyərə və böyrəyə təsirindən əlavə uzun müddət istifadəsi B12 vitamin əksikliyi yaradır!