Diabetin damarlara və sinirlərə etdiyi mənfi təsir hamıya məlumdur. Bu,hər xəstədə müxtəlif ola biləcəyi kimi, ən çox ayaqlarda və əllərdə yanma,ağrı, iynə batma, uyuşma kimi şikayətlərlə özünü göstərir.
Bəs bu ağrılara səbəb olan nədir?
Bu ağrılara Diabetik Neyropatiya, yəni, Diabetin sinirlərdə əmələ gətirdiyi patologiya səbəb olur.
Diabetik neyropatiyanın əmələ gəlməməsi üçün və ya ağrıların keçməsi üçün nə etmək lazımdır?
Qan şəkərini normada saxlamaq Bu ,birinci və ən əsas şərtdir. Qidalanma tərzini normaya salmaq Ağrılar üçün isə medikamentoz müalicə Diabetik neyropatiya müalicə oluna bilər. Diabetlə xəstə olmaq ağrılarla yaşamağa məcbur olmaq deyil