İnsan bədənində yer alan bütün orqan toxumalar hüceyrələrdən əmələ gəlir. Bəzi hüceyrələr özlərini yeniləyə bilir ve fərqli hüceyrə tiplərinə çevrilə bilirlər. Kök hüceyrə olaraq adlandırılan bu hüceyrələr coxalmayan əzələ və sinir hüceyrələrindən fərqli olaraq bolunə bilir ve coxalirlar.
Bir ömür boyu özünü yeniləmə xüsüsiyyətinə malik olan kök hüceyrə,digər hüceyrələrə cevrilirlər. Orqanizmin ehtiyacı olduğunda fərqliləşərək digər hüceyrələrin əmələ gəlməsini, yetkinləşməsini və çoxalmasını təmin edir. Ancaq yaş irəlilədikcə bədəndə rast gəlinən qan hüceyrəsinin miqdarı , digər hüceyrələrlə muqaisədə azalir.
Yeni doğulan uşaqlarda hər 10 min hüceyrədən biri kök hüceyrə ikən, 65 yaşındakı bir insanda hər 1milyon huceyrədən yalnız biri kök hüceyrədir. Yaşın artması ilə əlaqədar olaraq kök hüceyrə miqdarının azalması səbəbi ilə zədələnən toxuma və orqanlar lazımi qədər bərpa olmur. Buna görə kök hüceyrə ilə müalicə ölümlə nəticələnən bir çox xəstəliklərin , bəzi xərçəng növlərinin və anadangəlmə qan xəstəliklərinin, oynaqların degenerativ xəstəliklərinin ve s.müalicəsində olduqca vacibdir.
Insan bədənində, onun sağlam yaşamağı üçün fərqli vəzifəyə sahib olan hüceyrə tipləri mövcuddur. Kök hüceyrələr isə orqanizmdə bütün toxuma və orqanları əmələ gətirən hüceyrələrdir. Orqanizmdə yer alan bütün hüceyrələrə çevrilə bilən və ana hüceyrə kimi tanınan kök hüceyrələr, bədəndə ehtiyac olan hər bölgədə yer alır. Ana hüceyrələr zədələnmiş bütün toxuma və orqanların yenilənməsində rol oynayır. Bölünə bilən quruluşları sayəsində, eyni növdən kök hüceyrələrin əmələ gəlməsində də rol oynayarkən eyni zamanda əzələ ya da qan hüceyrələrinə çevrilə bilirlər. Cox fərqli növə malik olan kök hüceyrələr, insan hələ ana bətnində olarkən formalaşmanın ilk mərhələlərində vacib rol oynayaraq, organ ve toxumaların əmələ gəlməsini təmin edir. Embrionik kök hüceyrə olaraq tanınan bu hüceyrələrdən fərqli olaraq insan bədənində somatik hüceyrələr yer alır.
Texnologiyanın və tibb elminin inkişafı nəticəsində son zamanlarda piy toxumasindan ve ya sümük iliyindən alınan kök hücəyrələrin, bir başqa insana nəqli sayəsində çox fərqli xəstəlik növü müalicə edilir.
Kök hüceyrə növləri
3 növ kök hüceyrə vardır: Totipotent, Multipotent, Pluripotent.
Totipotent hüceyrələr
Bir hüceyrənin totipotent olması bütün orqanizmin orqan və toxumalarına çevrilə bilməsi kimi basa düşür . Bu hüceyrələr plasenta və amnion kasası kimi embrion xarici toxumalara da çevrilmə qabiliyyətinə malikdir. Totipotent hüceyrələr inkişafın növbəti mərhələlərində pluripotent hüceyrələrə çevrilə bilirlər. Totipotent hüceyrələr embrionun ən erkən mərhələsindəki kök hüceyrələrdir.
Multipotent hüceyrələr
Multipotent hüceyrələr inkişafın növbəti mərhələsinə aid hüceyrələrdir və özəlləşmiş hüceyrə tiplərinə çevrilə bilirlər. Məsələn: multipotent bir qan hüceyrəsi digər özəlləşmiş qan hüceyrəsinə çevrilə bilmək qabiliyyətinə malikdir.
Pluripotent hüceyrələr totipotent hüceyrələr kimi bədənin bütün hüceyrələrinə çevrilməzlər. Pluripotent bir hüceyrə orqanizmin bir çox hüceyrəsinə çevrilə bilən bir yetenekdir. Pluripotent hüceyrələr embrionun blastokist mərhələsindən etibarən və fetusdan tapıla bilən hüceyrələrdir.
Kök hüceyrələrə harada rast gəlinir
Yetkin kök hüceyrələr: Yetkin kök hüceyrələri orqanizmdə bir çox toxuma və organda mövcuddurlar və mövcud olduqları nahiyyədəki hüceyrələrin zədələnməsi zamanı çoxalaraq zədələnmiş hissənin yenilənməsini təmin edir.
Göbək ciyəsindən əldə edilən kök hüceyrələr: göbək ciyəsi qanı kök hüceyrələri hamiləlik dövründə dölü anaya bağlayan umblikal ciyədən əldə edilirlər. Bu hüceyrələr, nə qədər erkən dövrdə əldə edilmiş olsalar da yetkin hüceyrə sinfinə aiddir və fərqli toxuma və hüceyrə əmələ gətirmə xüsusiyyətləri məhduddur.
Embrionik kök hüceyrələr
Embrionik kök hüceyrələr erkən inkişaf dövründə blastosist mərhələsinə çatmış embriolardan əldə edilir. Bu mərhələdəki bir embrio iki fərqli hüceyrə tipindən əmələ gəlir.
Yetkin kök hüceyrələrinin iki vacib xüsusiyyətləri vardır
1 ci, özlərini uzun müddət kopyalama xüsusiyyəti,2 ci isə xüsusi bir funksiyası və morfologiyası olan spesifik bir hüceyrəyə çevrilmə qabiliyyəti.
Bu hüceyrələr, plasenta olaraq adlandırdığımız dölü bəsləyən orqandan, göbək ciyəsindən və yetkin insanların bədənlərindən əldə edilə bilir.
Yetkin kök hüceyrə tipləri
Sinir sistemindəki yetkin tip kök hüceyrə: Elm adamları fetus və yetkin beynində rast gəlinən kök hüceyrələrin bölünərək yeni kök hüceyrələr əmələ gətirdiyini və ya neyroblastlara çevrildiyini təhmin edirlər. Neyroblastlar bölünərək sinir hüceyrələrinə çevrilir.
Sümük iliyindəki kök hüceyrələr
Sümük iliyində 2 cür kök hüceyrə vardır.
1.Sümük iliyi hemotopoetik kök hüceyrə
2.Sümük iliyi stromal kök hüceyrə
Hemotopoetik kök hüceyrələr bədəndəki bütün qan hüceyrələrini əmələ gətirmək vəzifəsini daşıyırlar.
Stromal hüceyrələr isə sümük , qığırdaq, yağ, fibroz toxuma əmələ gətirirlər
Endotel Progenitor hüceyrələr
Endotel hüceyrələr bütün bədəndəki damar divarlarının iç qismini təşkil edən hüceyrələrdir. Embrionik və yetkinlərdə spesifik endotel kök hüceyrələrini təsbit etmək çətindir.
Eninəzolaqlı əzələ kök hüceyrələri:
Eninəzolaqlı əzələ kök hüceyrələrinə stellit hüceyrələr (köməkçi hüceyrələr) deyilir. Satellit hüceyrələr muscle growth hormon(əzələ böyümə hormonu) ifraz edirlər və normalda bölünməyən hüceyrələr olmalarına baxmayaraq zədələnmə və ağır məşqlərdən sonra çoxala bilirlər.
Dəridə və həzm sistemində epitel hüceyrə prekürsörleri( öncül hüceyrələr)
Bədəndə differensasiya olmuş hüceyrələrin 60 % ni əmələ gətirən epitel hüceyrələr bədənin daxili və xarici qatını təşkil edirlər. Bu hüceyrələr daimi yenilənirlər. Məsələn: nazik bağırsağın epitelini yeniləyən hüceyrələr bağırsaq kasacıqlarında, dərin invaginasiyalarda rast gəlinir və bağırsaq epitel hüceyrələrini yeniləyirlər. Bu kasacıq hüceyrələri kök hüceyrə olaraq sinifləndirilirlər. Məməlilərin dərisində 3 növ epitel hüceyrəsi vardır: epidermal hüceyrələr, saç follikul hüceyrələr, vəz hüceyrələri. Bunların xaricində dəridə, epidermisin bazal təbəqəsində kök hüceyrələr vardır. Bu kök hüceyrələr bazal təbəqədə çoxalırlar və üst təbəqəyə doğru çıxdıqca dəyişirlər.
Pankreas və qaraciyərdəki kök hüceyrələr
Yetkin məməlilərdə pankreas və qaraciyər, kök hüceyrələr tərəfindən yenilənəbilən dəyişik tipdə diferensasiya olan hüceyrələr təşkil edir. Pankreasda endokrin hüceyrələr (hormon ifraz edən) Langerhans adacıqlarında movcuddurlar. Burada insulin ifraz edən beta hüceyrələri, glukaqon ifraz edən alfa hüceyrələri, somatostatin və pankreatik polipeptid ifraz edən hüceyrələr movcuddur. Yetkin insanın pankreasında kök hüceyrələrin pankreatik kanalda və ya adacığın özündə rast gəlindiyi düşünülməkdədir.
Cift qanı son olaraq, 1980 ci illərin əvvəllərində , yeni doğulan uşaqların cift qanında da kök hüceyrələrin bol miqdarda movcud olduğu və bu hüceyrələrin müalicədə istifadə oluna biləcəyi fikri ortaya qoyulmuşdur. Əldə edilən cift qanı müəyyən şərtlər altında toplanıb dondurularaq saxlanılıb, daha sonra lazım olduğunda həll edilərək istifadə olunmakdadır.
İlk olaraq Dr. David Harris, 1992 ci ildə oğlunun cift qanını öz laboratoriyasında donduraraq saxladı. Daha sonra bu tetbiqi ictimailəşdirərək 1994 cü ildə dünyadakı ilk Cift Qanı Bankı ABŞ da quruldu. Bu kök hüceyrə ilə təmin etmək və depolama baxımından ən asan və ucuz vasitədir. Tarixdə ilk olaraq sümük iliyindən əməliyyatla alınan kök hüceyrələr leykemiyanın müalicəsində istifadə olunmuşdur. Bu metod hələ də cərrahi şərtlər altında əməliyyatxanada tətbiq olunmaqdadır.
Kök hüceyrəsi vasitəsi ilə müalicə olunan xəstəliklər
Sümük qığırdaq xəstəlikləri
Xərçəng xəstəlikləri
İmmunitet zəifliyi
Sümük iliyi xəstəlikləri
İrsi qan xəstəlikləri
Metobolik pozulmalar
Bəzi xəstəliklər üzərində isə çalışmalar davam etməkdədir.
Limfomalar(limfa vəzi xərçəngi), leykemiyalar
Süd vəzi xərçənci
Beyin şişləri
Ewing Sarkoma
Yumurtalıq xərçəngi
Anemiyalar
İmmun çatışmazlıq
Autoimmun xəstəliklər
Ürək xəstəlikləri
Əzələ distrofiyası
Nevroloji pozulmalar