Menisk nədir?
Menisk tibia və femurun kondlusları arasında yerləşən iki yarımdairəvi (oraq şəkilli) yastıqlardır. Menisk diz oynağının yan boşluqlarını dolduraraq, artikulyar səthlərin bir-birinə tam uyğunlaşmasını təmin edir. Menisk yastıq rolunu oynayır. Meniskin rolu qığırdaqdakı təzyiqi yumşaltmaq və oynağı hərəkət edərkən sabit olması üçün oynağı möhürləməkdir.
Menisk kollagen və hüceyrələrarası maddənin kompleks zülallarından ibarətdir. qığırdaqdan daha çox vətərə bənzəyir. Buna görə daha çevik və davamlıdır. Menisk oynağın qidalanması və yağlanmasında iştirak edir. Meniskin xarici kənarı oynaq kapsuluna, ön və arxa hissəsi isə sümüyə (interkondulyar yüksəkliyinin bölgəsi) bağlanır. Meniskin daxili kənarı nazikdir, qan damarları yoxdur, yalnız sıxılma funksiyasını yerinə yetirir.Xarici kənarı isə qan damarları ilə zəngindir və daha tez regenerasiya qabliyyətinə malikdir.
Meniskin zədələnməsi:
Meniskin zədələnməsi çoxyayılmış bir patalogiyalardandır.Meniskin zədələnməsi ya bir başa travma(burxulma,yıxılma) və ya uzun müddətli təzyiq nəticəsində(ağır çəkili yaşlı insanlarda) yaranır.
Daxili menisk daha çox yöndəmsiz bir hərəkət zamanı zədələnir,əsasən firlanma və əyilmə hərəkətini eyni vaxtda etdikdə baş verir. Məsələn - pilləkən düşdükdə topa təpik vurduqda diz burxularsa menisk zədələnir ...
Əlamətləri:
Dizdə şişkinlik
Qızartı
Yerli istilik
Hərəkət məhdudlugu
Ağrı
Diaqnostikası:
Ortopedik testlər(həkim müayinəsi)
USM-Dizin ultrasəs müayinəsi oynaqdakı iltihabı istisna etmək, dizin ligament və əzələ aparatını, onun sinovial membranını analiz etmək üçün ilkin məsləhətləşmədə məlumatverici bir üsuldur.
MRT
Menisk qığırdaq toxuması olduğu üçün rentgen müayinəsi qeyri informativdir.Ən doğru müayinə MRT hesab olunur.
Müalicə:
Konservativ
İlkin yardım-soyuq terapiya və immoblizasiya(oynağın hərəkətsizləşdirilməsi)
-PRP Terapiya-qığırdağın bərpasnı təmin edir
-Homeosinatriya -ilkin olaraq iltihab əlamətlərinin aradan qaldırılması və regenerasiyanin sürətlənməsi.
-Osteopatiya
-Oynağın hərəkətliyinin bərpasını,qan dövranının yaxşılaşmasını,ödemin azalmasını və nəticədə ağrının azalmasını təmin edir.
Cərrahi-hissəvi və ya tam olaraq zədələnmiş qığırdağın xaric edilməsi.
Menisk, diz qığırdağını mexaniki stressdən qoruyan yumşaldıcı bir yastıqdır. Meniskin çıxarılması, bir qayda olaraq, qığırdaq degenerasiyasına və gələcəkdə diz artrozunun inkişafına səbəb olur. Buna görə, meniski çıxartmadan əvvəl, problemi konservativ üsullarla (cərrahiyyə olmadan) həll etməyə çalışmaq və diz qığırdağını qorumağa davam edəcək meniskin qorunması məsləhət görülür.