Osteporoz - (Yunanca: osteo- sümük, poros - dəlikdeməkdir) skeletin metobolik xəstəliyi olub, sümüktoxumasının zədələnməsi, sümüklərin deformasiyası vəsınığı ilə nəticələnən xəstəlikdir. Osteoporoz çox genişyayılmış bir xəstəlik olub xüsusilə qadınlardamenopauza dövründən sonra daha çox rast gəlinir.Osteoporozun əsas fəsadı kiçik travmalar zamanı beləsınıqların yaranma təhlükəsinin olmasıdır. Osteoporozzamanı onurğanın sınığı ağır yük qaldırma və bədəninsirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlıinsanların əlilliyinin və ölümünün əsas səbəblərindənbiri osteoporoz hesab olunur. 55-60 yaşdan yuxarıqadınlarda bud sümüyü boynunun sınıqlarınin əsassəbəbi osteoporoz göstərilir. 60 yaşına çatmayankişilərin 10% də Osteoporoz müşahidə olunur. 65 yaşından yuxarı kişilərdə isə risk qadınlardakıqədərdir. Osteoporoza və osteopeniyaya yol açan birsıra hallar vardır:
-D vitamini çatışmamazlığı
-Cinsi hormonların normadanaşağı olması
-Bədən çəkisinin azalması
-Kalsium mübadilə pozulması
-Qalxanvariətraf vəzin xəstəlikləri
-Siqaret və alkoqollu içkilərin qəbulu
Osteoporoz necə aşkar olunur- sümük kütləsini heç bir narahatçılıq olmadan 15 dəqiqəlik müayinə edərək ölçmək mümkündür. Densitometriya üsulu ilə skeletin hansı sümüklərində ərimə baş verməsi daha aydın aşkar olunur.
Osteoporozun profilaktikası üçün nə etməli
-Ca ilə zəngin olan pəhrizə riayət etmək, günəşli havalarda günəş vannası qəbul etmək, ağır yük qaldirmamaq,piyada gəzmək
- Sümük mübadiləsinə təsir edən xəstəliklər müalicə olunmalıdır
- Siqaret, alkoqol və bəzi dərmanlar (sümük sıxlığını azaldan) qəbul edilməsindən çəkinməli
Osteoporozun erkən və düzgün müalicəsindən sonrayaxşılaşma və prosesin dayanmasına nail olmaq mümkündür.