Hər bir insan həyatının bu və ya digər vaxtlarında azda olsa baş ağrısı ilə rastlaşır. Baş ağrısı hər zaman diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və qeyri ciddi yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları müxtəlif səbəblərdən yarana bilər. Odur ki istənilən baş ağrısı anına ciddi yanaşmaq lazımdır və adəti xarakter alması hallarında mütləq həkimə müraciət olunmalıdır.
Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin əlaməti kimi meydana çıxması nəzərdə tutulur. Misal üçün ümumi soyuqdəymənin əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur. Birincili baş ağrısına Miqreni misal göstərmək olar.
Gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növüdür. Bu zaman gicgah və ya ənsə nahiyəsində bəzən isə bütöv başda orta intensivlikdə ağrılar qeyd olunur. Ağrı 1saatdan bir neçə günə qədər davam edə bilər. Bəzən isə ağrılarla yanaşı ürəkbulanma, işıqdan qorxma və küyə qarşı dözümsüzlük kimi şikayətlərdə narahat edir.
Miqren vaxtaşırı olaraq narahatlıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanıda ürəkbulanma qusma səs küyə qarşı dözümsüzlük və işıqdan qorxma kimi əlamətlər müşahidə olunur.
Bəzi insanlarda müəyyən yaşdan sonra onurğa sütununun boyun hissəsində degenerativ dəyişikliklər baş verir. Bir çox hallarda məhz bu dəyişikliklər baş ağrılarının əsas səbəbi kimi görülür.
Baş ağrılarının ən çox rast gəlinən səbəblərindən biri də arterial təzyiqin oynamasıdır. Arterial təzyiqin yüksəlməsi baş ağrılarının daha çox rast gəlinən hallarindandır. Təzyiqin azalması da baş ağrısı verə bilər.
Tez tez təkrarlanan baş ağrıları zamanı mütləq həkimə müraciət etmək lazımdır.
Özünüz nə tədbir görə bilərsiniz?
Baş ağrıları zamanı təmiz havada gəzmək, alkoqol və siqaretin qəbulunu azaltmaq lazımdır. Gərgin baş ağrılarını sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri də stress faktorudur. Stressin azaldılması vasitəsilə təkrarlanan baş ağrısından qurtulmaq olar.
Müalicə olaraq Osteopatiya, proloterapiya, akupunktura, reabilitasiya və müasir fizioterapiya prosedurlarının rolu əvəzsizdir.